XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 19:04

Moskvada müxalifətin mitinqi keçirilib

Rusiya paytaxtında müxalifətin etiraz aksiyası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Meduza.io” portalı məlumat yayıb. Aksiya paytaxtın Saxarov prospektində keçirilib.

Moskva polisi isə müxalifətin mitinqinə toplaşanlarının sayının 20 min nəfərə yaxın olduğunu açıqlayıb.

Moskva şəhər Dumasına seçkilərdə müxalifətin namizədlərinin qeydiyyata alınmamasına etiraz olaraq keçirilən mitinq icazəli olub.

Qeyd edək ki, sentyabrın 8-də Moskva şəhər Dumasına seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə 233 namizədi qeydiyyata alıb, 57 nəfərin namizədliyi isə qeydiyyata alınmayıb. MSK bunu namizədliyə imzatoplama zamanı qayda pozuntularına yol verilməsi ilə əsaslandırıb.