XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 21:23

Liviyada BMT-nin iki əməkdaşı öldürülüb

Liviyanın şərqindəki Benqazi şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində Birləşmiş Millətlər Təşkilatının bu ölkədə fəaliyyət göstərən missiyasının iki əməkdaşı ölüb.

Azərtac Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Liviyada fəaliyyət göstərən həkim qrupu verib. Agentliyin reportyoru Benqazi hospitalında həlak olan şəxslərin sənədləri ilə tanış olub və onların BMT-nin Liviya Missiyasının (UNSMIL) əməkdaşları olduqlarını müəyyən edib.

UNSMIL-in sözçüsü Jan Al Alam BMT-nin əməkdaşlarının həlak olması xəbəri ilə bağlı sualları cavablandırmayıb.