XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

10 Avqust 2019 - 21:51

Viktor Çernomırdinin xatirə kompleksi tikilir- Orenburqda

Rusiyanın Orenburq vilayətində tanınmış dövlət xadimi Viktor Çernomırdinin xatirə kompleksinin və onun adına təhsil mərkəzinin tikintisi sentyabrın 1-dək başa çatacaq.

Azərtac xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini yerinə yetirən Denis Pasler Prezident Vladimir Putin ilə görüşdə məlumat verib. Kompleks V.Çernomırdinin doğulduğu Çerniy Otroq kəndində tikilir. D.Pasler Vladimir Putini kompleksin açılışına dəvət edib.

Xatırladaq ki, Viktor Çernomırdin 1992-1998-ci illərdə Rusiyanın Baş Naziri, sonrakı dövrlərdə ölkə prezidentinin müşaviri, MDB dövlətləri ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi olub.