XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 10:44

Qələbə Paradının məşqi zamanı rusların yeni tankının mühərriki qəfildən söndü

tank.jpg

Qızıl Meydanda Qələbə Paradının məşqi zaman rus tanklarının yeni nəsli sayılan “Armata”nın mühərriki qəfildən sönüb.

Strateq.az bildirir ki, hərbi musiqi sədaları altında davam edən rəsmi keçid zamanı Armata Lenin mavzoleyi qarşısında qəfildən dayanıb. Zirehli maşınların dəstəsində Qırmızı Meydana daxil olan tank 15 dəqiqə tərpənməyib. Arxadan gələn hərbi maşınlar onun ətrafından keçərək yollarına davam ediblər. Bundan sonra tankı xüsusi texnika ilə meydandan çıxarıblar. Diktor meydana toplaşanlara elan edib ki, bu əvvəlcədən düşünülmüş plan üzrə baş verib. Məqsəd hərbi texnikanın necə çıxarılması prosesini nümayiş etdirməkdir.

Amma bir sıra məlumatlara görə “Armata” bir ay bundan əvvəl də parada məşq zamanı bir dəfə sönüb. Bu barədə yazan “Qazeta.ru” bildirmişdi ki, tankın yeni kopmyuter sistemi işləməyib. Tankın hazırlandığı Uralvaqonzavod bunu təkzib etmişdi.