XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Avqust 2019 - 10:00

Təhlükəli cinayətkarların həqiqi həbs müddəti sərtləşdirilməlidir –Boris Conson

Böyük Britaniyanın baş naziri Boris Conson xüsusi təhlükəli cinayətkarların saxlanılması müddətini sərtləşdirmək niyyətindədir.

Bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, Britaniyanın hökumət başçısı Dauninq-stritdəki öz iqamətgahında polis rəhbərlərini, krallığın prokurorluq nümayəndələrini, sabiq hakimləri, həbsxana və məhkəmə administrasiyalarını toplamaq fikrindədir. Bildirilir ki, bu daxili iclasda Conson xüsusi cinayətkarların həbs müddətinin yarısını çəkdikdən sonra avtomatik azad edilməsi ilə bağlı ölkədə hazırda mövcud təcrübəyə son qoymağı planlaşdırır.

Baş nazirin belə bir təşəbbüslə iştirak etməsinin əsas səbəblərindən biri kimi bəzi məhkumların öz cəza müddətlərinin beşdən bir hissəsini çəkdikdən sonra azad edilməsi göstərilir. /APA