XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

11 Avqust 2019 - 12:47

Rusiyada baş verən partlayışa atom enerjisi ilə işləyən raket səbəb olub? –ABŞ ekspertlərindən maraqlı açıqlama

ABŞ-da qərargahlanan nüvə ekspertləri cümə günü bildirib ki, onlar bu həftə Rusiyanın şimalında baş verən partlayışın və ardınca buraxılan radiasiyanın prezident Vladimir Putinin ötən il təriflədiyi atom enerjisi ilə işləyən kruiz raketinin sınağının nəticəsi olduğundan şübhələndiklərini bildirib.

Dövlət xəbər agentlikləri Rusiyanın Müdafiə Nazirliyinə istinadən bildirib ki, cümə günü maye yanacaqla işləyən raket mühərriyinin partlaması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. Onlar heç bir təhlükəli maddənin havaya buraxılmadığını bildirib.

Rusiyanın dövlət atom agentliyi Rosatom şənbə günü bildirib ki, beş işçisi ölüb.

Bələdiyyənin veb səhifəsində Arxangelsk regionunda sınağın keçirildiyi yerə yaxın yerləşən 185 min sakini olan Severodvinsk şəhərinin sözçüsünə istinadən yazılıb ki, cümə axşamı gündüz saatlarında fon radiasiyasında “ qısa-müddətli”artım müşahidə olunub.

Cümə günü isə həmin bəyanat artıq saytda yox idi.

Rusiya Səfirliyi şəhr çağırışına cavab verməyib.

Maye yanacaqla işləyən mühərrikləri radiasiya buraxmır

Reuters-ə ayrı müsahibələr verən iki ekspert bildirib ki, maye yanacaqla işləyən raket mühərriyi radiasiya buraxmır.

Onların dediyinə görə, partlayış və radiasiyaya Nyonoksa kəndi yaxınlığındakı bir təsisdə atom enerjisi ilə işləyən kruiz raketinin sınağı zamanı baş vermiş nasazlıq səbəb olub.

“Maye yanacaqla işləyən raket mühərrikləri radiasiya buraxmır və biz bilirik ki, ruslar kruiz raketləri üçün bir növ nüvə mühərriyi üzərində çalışırlar” – deyə, Amerika Alimlər Federasiyasının baş elmi işçisi Ankit Panda bildirib.

Rusiya bu raketi 9M730 Burevestnik adlandırır, NATO ittifaqı isə SSC-X-9 Skyfall.

Tramp administrasiyasının adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi deyib ki, o, atom enerjisi ilə işləyən kruiz raketində nasazlığın olduğunu nə təsdiq nə də inkar edə bilər. Lakin rəsmi Moskvanın izahatı ilə bağlı dərin şübhəsini ifadə edib.

Amerikaninsesi.org