XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

11 Avqust 2019 - 21:30

Hindistanda daşqınlar:ölənlərin sayı 147-yə çatdı

Hindistanın cənubundakı Kerala, Maharashtra və Karnataka ştatlarında yağan leysan yağışların səbəb olduğu daşqın nəticəsində ən azı 147 adam dünyasını dəyişib.

Əvvəlki xəbərlərdə ölərnlərin sayının 95 nəfər olduğu bildirilirdi.

Daşqın zonasından 165 mindən çox insan təxliyə edilib. Bəzi bölgələrdə ən yüksək təhlükə səviyyəsi elan edilib, məktəblərdə dərslər ləğv olunub. Keralanın ən böyük aeroportu olan Koçin Beynəlxalq Hava Limanı bağlanıb.

Hindistan Meteoroloji Departamentinin proqnozlarına görə, ölkənin cənubunda leysan yağışları bir neçə gün davam edəcək.