XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

12 Avqust 2019 - 09:17

BMT TŞ Liviyadakı missiyasının əməkdaşlarına hücumu pisləyib –bəyanat

BMT Təhlükəsizlik Şurası Liviyada BMT missiyasının əməkdaşlarına hücumu qətiyyətlə pisləyib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Təhlükəsizlik Şurasının üzvləri avqustun 10-u Benqazi şəhərində BMT konvoyuna edilən hücumu qətiyyətlə pisləyir. Hücumu həyata keçirilənlər müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdırlar”.

Xatırladaq ki, avqustun 10-u Benqazi şəhərində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb. Partlayış nəticəsində BMT missiyasının 3 əməkdaşı həlak olub.