XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2019 - 09:42

Çexiya aviaşirkətinin təyyarəsi Praqada təcili eniş edib –səbəb texniki nasazlıq olub

Çexiyanın “Smartwings” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Praqada təcili eniş edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu hava limanının nümayəndəsi Vladimira Dufkova jurnalistlərə deyib.

Onun sözlərinə görə, Brno (Çexiya) -Burqas (Bolqarıstan) reysini həyata keçirən təyyarənin təcili eniş etməsinə səbəb texniki nasazlıq olub.

Təyyarədə 189 sərnişin və 6 heyət üzvü olub, onlar xəsarət almayıb.