XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2019 - 10:15

Terrorçuların hücumu nəticəsində 23 hərbçi ölüb –Suriyada

Suriyada terrorçular iki gün ərzində bir neçə yaşayış məntəqəsinə hücum ediblər.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, terrorçuların hücumları nəticəsində 23 Suriya ordusunun hərbçisi həlak olub.

Bildirilir ki, avqustun 10-u terrorçular Sukayk-Açan yaşayış məntəqəsi, 11-i isə Murek-Açan yaşayış məntəqəsi istiqamətində hücum ediblər.

Qeyd edilir ki, terrorçuların bütün hücumlarının qarşısı alınıb və çox sayda terrorçu məhv edilib.