XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

12 Avqust 2019 - 14:57

Televiziya kanalı satışa çıxarılıb –Gürcüstanda

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

Bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb. (Report)