XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

12 Avqust 2019 - 18:07

Pakistan Hindistan ilə sərhəd ərazilərə hərbi texnika yerləşdirir –Kəşmir münaqişəsinə görə

Pakistan Kəşmir münaqişəsinə görə Hindistan ilə sərhəd ərazilərə hərbi texnika yerləşdirir.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin üç “C-130” hərbi təyyarəsi Skardu hərbi bazasına müasir texnika, silah və sursat daşıyıb.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.