XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

12 Avqust 2019 - 19:55

Efiopiyanın paytaxtında Puşkinə heykəl ucaldılacaq

Efiopiyanın paytaxtı Əddis Əbəbədə məşhur rus şair Aleksandr Puşkin və onun ulu babası Abram Hannibala daha bir heykəl ucaldılacaq.

Bürünc heykəlin müəllifi Rusiya və UNESCO-nun Rəssamlar İttifaqının üzvü Aleksey Çebanenko olacaq.

Heykəlin ümumi hündürlüyü 5-5,5 metr təşkil edəcək. Hazırda heykəlin qoyulması üçün şəhərdə uyğun yer axtarılır.

Qeyd edək ki, Əddis Əbəbə şəhərində artıq Puşkinin bir heykəli və onun adına meydan var. Aleksandr Puşkinin ulu babası Abram Hannibalın 1688-ci ildə Efiopiyanın şimalında anadan olduğu ehtimal edilir.  /APA