XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

12 Avqust 2019 - 20:51

Norveç təyyarəsi London aeroportunda divara dəyib –Zərərçəkən olmayıb

Londonun Qatvik hava limanında “Norwegian Air” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli sərnişin təyyarəsi yedəkdə daşınma zamanı qəza törədib.

APA “Airlinergs” portalına istinadən xəbər verir ki, hava limanının əməkdaşları təyyarəni geriyə doğru dartan zaman ara məsafəsini qorumayıblar. Nəticədə təyyarə aeroportun səskeçirməyən hasarına çırpılıb və onun quyruq hissəsi zədələnib.

Həmin vaxt təyyarənin göyərtəsində təxminən 300 nəfər olub və Londondan Nyu-Yorka uçmalı imiş. Bundan sonra bütün sərnişinlər təxliyyə olunub və onlar digər təyyarə ilə səfərlərini davam etdiriblər.