XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2019 - 14:39

Gürcüstanın hava limanlarında sərnişindaşıma azalıb –7%

Bu ilin iyul ayında Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia və Ambrolauri hava limanlarında 571 848 sərnişinə xidmət göstərilib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 44 959 sərnişin və yaxud 7,3% azdır.

Azalma iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa uçuşları dayandırması ilə bağlıdır.

Yanvar-iyun aylarında isə Gürcüstanın 5 hava limanı 2 486 780 sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 18% çoxdur.