ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obama İstanbul və Diyarbakırda baş verən son terror aktlarını qınadığını bildirib, Ərdoğana və türk xalqına başsağlığı verib.
Türkiyə prezidenti Obamaya təşəkkür edərək terrora qarşı mübarizədə Ankara ilə Vaşinqtonun əməkdaşlığı davam etdirəcəyini bildirib.