XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2016 - 06:40

Prezident ölkədə 2 aylıq fövqəladə iqtisadi vəziyyət [color=red]elan etdi

Venesuela prezidenti Nikolas Maduro ölkədə iki aylıq fövqəladə vəziyyət elan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Maduro etiraf edib ki, ölkədə yaranmış maliyyə böhranında onun da məsuliyyəti var. Lakin Maduro əmindir ki, Venesuela bu böhrandan çıxmaq iqtidarındadır. 

Prezident bu çətin günlərdə bütün ölkə vətəndaşlarını dialoqa çağırıb:

«Mən öz günahımı boynuma alıram. Amma gəlin, bu gündən etibarən üzərimizə milli vətənpərvərlik məsuliyyətini götürək və hərəkətə keçək. Büdcə gəlirlərinin mənbəyini dəyişməliyik. Neftdən asılı olmamalıyıq». 

Maduro bir neçə gün əvvəl ölkə müxalifətini dialoqa çağırmış və bu müraciətinə müsbət cavab almışdı.