İŞİD bir neçə gün əvvəl girov götürdüyü 400 suriyalıdan 270-ni azad edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, onların əksəriyyəti qadınlar və uşaqlardır.
Qruplaşma özünün məşhur cəlladı, «Cihadçı Con» kimi tanınan Məhəmməd Əmvazinin öldürüldüyü barədə xəbərləri də təsdiqləyib.