XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2019 - 18:15

“MacBook Pro” noutbuklarının təyyarə ilə daşınmasına qadağa qoyulub- ABŞ-da

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Apple” şirkətinin 2015-2017-ci illərdə istehsal etdiyi “MacBook Pro” noutbuklarının təyyarələrdə daşınmasına qadağa qoyub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, buna səbəb adıçəkilən seriyanın 15 düyüm diaqonallı ekranı olan bəzi modellərində batareyalarının çox qızdığı və yanğın törədə biləcəyi üçün şirkət tərəfindən satışdan geri qaytarılması barədə verilən qərardır.