XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2019 - 20:02

BƏƏ 60 milyard dollara yaxın birbaşa xarici sərmayə cəlb edib- Son altı ildə

Birləşmiş Ərəb Əmirlikləri son altı ildə (2013-ci ildən 2018-ci ilin sonuna kimi) ərəb ölkələri arasında ölkəyə cəlb edilmiş birbaşa xarici sərmayələrin həcminə görə lider ölkədir.

Azərtac xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf Konfransının qlobal investisiyalar haqqında hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu müddət ərzində BƏƏ ölkəyə 59,732 milyard dollara yaxın birbaşa sərmayə cəlb edib. Belə ki, 2013 ildə ölkəyə cəlb olunan birbaşa sərmayələrin həcmi 9,765 milyard dollar, 2014-cü ildə 11,072 milyard dollar, 2015-ci ildə 8,551 milyard dollar, 2016-cı ildə 9,605 milyard dollar, 2017-ci ildə 10,354 milyard dollar və 2018-ci ildə isə 10,385 milyard dollar olub.