XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2019 - 21:12

ÜTT Trampın üzvlükdən çıxmaqla bağlı bəyanatını şərh etməyib

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ABŞ prezidenti Donald Trampın üzvlükdən çıxma ehtimalına dair bəyanatına şərh vermir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu təşkilatın nümayəndəsi bildirib.

Bundan əvvəl ABŞ lideri “lazım gələrsə” ÜTT-dən çəkilə biləcəklərini, təşkilatın mövcud qaydalarının üzv ölkələri ABŞ-dan varlanmaq üçün istifadə etməyə geniş imkanlar açdığını bildirmişdi.