XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 12:03

Azərbaycan ötən il Gürcüstana 246 milyon dollar investisiya qoyub –Statistika İdarəsi

Azərbaycan 2018-ci ildə Gürcüstan iqtisadiyyatına 246,4 milyon ABŞ dolları məbləğində investisiya qoyub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin dəqiqləşdirilmiş hesabatında bildirilir.

Sənəddə deyilir ki, ötən il də Azərbaycan Gürcüstanın əsas investoru olub və qonşu ölkəyə yatırılan birbaşa xarici investisiyalarda payımız 19,5% təşkil edib.

Gürcüstana ən çox investisiya qoyan II ölkə Niderland (208,4 milyon dollar), III ölkə isə Böyük Britaniya (178,8 milyon dollar) olub.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin ümumi məbləği 1 265,2 milyon dollar təşkil edib ki. Bu, 2017-ci illə müqayisədə 35,5% azdır. (Report)