XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2019 - 15:55

“Microsoft”dan etiraf:istifadəçiləri dinləyirik

“Microsoft” korporasiyası “Skype” istifadəçilərinin müəyyən danışıqlarına qulaq asdığını və qeydə aldığını rəsmi olaraq etiraf edib.

Şirkət “Motherboard”ın məqaləsindən sonra istifadəçiləri dinləmə faktını təsdiqləyib.

Məqalədə bildirilirdi ki, “Microsoft” istifadəçilərin danışıqlarının səs yazılarını kənar əməkdaşlarına göndərirmiş. Bu səs yazılarının şifrələri açıldıqdan sonra tərcümə olunurmuş.

“Microsoft”dan deyiblər ki, səs yazıları bəzən mətn formatında dinlənilə bilər. Bununla belə, əlavə ediblər ki, istifadəçilərə bu cür səs yazılarını xüsusi proqram vasitəsilə silmək imkanı verilib. /Oxu.az