XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2019 - 18:45

PKK silahlıları Türkiyədə hərbi hissəyə hücum edib

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.

Trend-in məlumatına görə, hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.

Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb. Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.

Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib.