XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 20:18

İsrail rəsmisi:"Netanyahu müsəlman Konqres üzvlərinin ölkəyə girişini nəzərdən keçirir"

İsrail baş naziri iki Demokrat Konqres üzvünün gələn həftə ölkəyə gəlişinə icazə verilməsi ilə bağlı yüksək rütbəli nazirlər və müşavirləri ilə məsləhətləşmələr aparır.

“Mümkündür ki, İsrail səfərin hazırkı formatda baş tutmasına icazə verməsin,” deyə hökumət rəsmisi baş nazir Benyamin Netanyahunun İlhan Ömər (D-Minnesota) və Rəşidə Tlaybın (D-Miçiqan) qarşıdan planlaşdırılan səfəri ilə bağlı məsləhətləşmələrini şərh edib.

İsrail rəsmisi adının açıqlanmasını istəməyib.

Qüdsə və Qərb Sahilinə sədfər etməyi planlaşdıran Demokratlar Ömər və Tlayb Birləşmiş Ştatlar Konqresində İsrailin tənqidçiləri kimi tanınır.

Səfərin tarixi barədə rəsmi açıqlama verilməsə də, planlaşdırılan ziyarətlə tanış olan mənbələr bunun həftəsonu başlaya biləcəyini bildirib.

Konqresə seçilən ilk iki müsəlman qadın və Demokrat Partiyasının sol qanadının üzvləri olan Tlayb və Ömər Fələstinlə bağlı siyasətinə görə İsrailə boykot siyasətini təşviq edən hərəkata (BDS- Boykot, Divestisiya və Sanksiyalar) dəstək ifadə ediblər.

İsrail qanunlarına görə, həmin hərəkatın tərəfdarlarına İsrailə giriş qadağan edilə bilər.

Keçən ay İsrailin ABŞ-dakı səfiri Ron Dermer İsrailin Birləşniş Ştatlar Konqresi və ABŞ-İsrail münasibətlərinə hörmətlə yanaşdığına görə, həmin qadınların ölkəsinə səfərinə icazə verəcəyini demişdi. (amerikaninsesi.org)