XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 20:53

İsrail Demokrat Konqres üzvlərinin ölkəyə girişinə icazə vermədi –Səbəb konqresmenlərin anti-İsrail mövqeyidir

İsrail ABŞ Konqresində onun ən sərt tənqidçilərinin ölkəyə gəlişinə icazə verməyəcək.

Bu haqda qərarı İsrail xarici işlər nazirinin müavini açıqlayıb.

“Qərar verilib – qərar onları ölkəyə buraxmamaqdır,” deyə Tzipi Hotoveli ABŞ Konqresinin üzvləri İlhan Ömər (D-Minnesota) və Rəşidə Tlaybın (D-Miçiqan) İsrailə səfərinə qoyulan qadağanı şərh edib.

ABŞ prezidenti Donald Tramp öncə İsraili Konqresə seçilmiş ilk müsəlman qadınlar Tlayb və Öməri ölkəyə buraxmamağa çağırmışdı.

Fələstinpərəst “BDS” Boykot, Divestisiya və Sanksiyalar hərəkatının dəstəkçilkəri kimi tanınan qadın Konqres üzvləri İsrailin sərt tənqidçiləri kimi tanınır.

İsrail qanunlarına görə, həmin hərəkatın tərəfdarlarına İsrailə giriş qadağan edilə bilər. (amerikaninsesi.org)