XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2019 - 22:01

5,5 min reys ləğv olundu –"Lekima" uçmağa qoymur

Avqustun 9-dan 12-dək Çinin cənub-şərqində tüğyan etmiş “Lekima” qasırğası 5,5 mindən çox reysin təxirə salınmasına səbəb olub.

Trend-in məlumatına görə, bu rəqəmi ölkənin Mülki Aviasiya İdarəsi açıqlayıb.

Qeyd olunur ki, göstərici Çində orta aylıq statistik rəqəmi bir neçə dəfə üstələyir.

İyul ayı ərzində ölkədə 1,8 min reys təxirə salınmışdı.

Xatırladaq ki, “Lekima” qasırğası nəticəsində 44 nəfər həlak olub.

Qasırğa Çjetsyan əyalətinə 3,4 milyard dollar, Şandun əyalətinə isə 200 milyon dollar birbaşa iqtisadi ziyan vurub.