XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 13:40

Çinin dövlət başçısı Nazarbayevə dəvət göndərdi – [color=red]”G-20″ zirvə toplantısı

Çinin dövlət başçısı Si Tszinpin Qazaxıstan prezidenti Nursultan Nazarbayevi "Böyük-20"liyin ("G-20") zirvə toplantısına dəvət edib.

Bunu Çinin Qazaxıstandakı səfiri Çjan Xanxuey "Bir zolaq – bir yol" adlı beynəlxalq konfransın fasiləsi zamanı bildirib.

"G-20"liyin zirvə toplantısı 2016-cı il sentyabrın 4-5-də Çinin Xançjou şəhərində keçiriləcək.

Qeyd edək ki, Çin 2015-ci il dekabrın 1-dən etibarən "G-20"liyə sədrlik etməyə başlayıb. Toplantıya ev sahibliyi edən dövlətin başçısı sammitə qonaq dəvət edə bilər. Qazaxıstan prezidenti də bu prinsipə uyğun olaraq, tədbirə dəvət edilib.

Report.az