Türkiyənin Malatya vilayətində 3.1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:12-də qeydə alınıb. Zəlzələnin episentri Arguvan bölgəsində yerləşib.
Yeraltı təkanların episentri 3,3 kilometr dərinlikdə yerləşib.
Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.