XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 09:32

Jirinovski:"Dördgünlük iş həftəsi sentyabrın 1-dən qüvvəyə minməlidir"

Rusiyalı siyasətçi, LDP lideri Vladimir Jirinovski Rusiyada dördgünlük iş həftəsinin tətbiq olunmasının mümkünlüyünü qeyd edib.

Partiya sədri instaqram səhifəsində qeyd edib ki, bu, sentyabrın 1-dən qüvvəyə minməlidir.

O, əlavə edib ki, dördgünlük iş həftəsi ideyası ilk dəfə Liberal Demokrat Partiyası tərəfindən səsləndirilib: “Bir neçə il əvvəl ilk dəfə mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim”.

Jirinovski fikrini belə əsaslandırıb ki, üç gün istirahət Rusiya vətəndaşlarının sağlamlığına müsbət təsir edəcək, həm də işlərinin səmərəliliyini artıracaq. (APA)