XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 10:53

Dünyanın ən böyük silah alverçisi saxlanıldı- Məhkəmə qarşısına çıxacaq

Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak Mesye saxlanılıb.

Trend-in məlumatına görə, o, uzun müddətdir ki, beynəlxalq axtarışda olub.

“Marşal” və ya “Lis” ləqəbi ilə tanınan J.Mesyenin son 30 ildə dünyanın demək olar ki, bütün münaqişə ocaqlarını silahla təmin etməsi bildirilir. Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.

Silah maqnatı Fransadakı villasından atların Portuqaliyaya daşınması zamanı yerli, Fransa və Belçika polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda Belçika hökuməti onun ektradisiyasını planlaşdırır.

Trend-in məlumatına görə, öncə 66 yaşlı “Marşal”ın yaxın zamanda Portuqaliyada məhkəmə qarşısına çıxacağı bildirilir.