XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 11:07

Tramp:"Si etirazçılarla şəxsən görüşsün"

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Tsinpin Honq Konqdakı etirazçılarla şəxsən görüşərək böhranı “xoşbəxt və bilgili şəkildə son qoymağa” çağırıb.

Tramp bunu avqustun 15-də deyib. Həmin gün Pekin, dövlət mediası, Honq Konqun çinpərəst liderləri bildiriblər ki, Çin “itaətsizliyi dərhal yatırmağa” hazırdır və böhran “nəzarətdən çıxarsa”, “əlini qoynuna qoyub baxmayacaq”.

Tramp jurnalistlərə deyib ki, “mərc gələrdim ki, Si etirazlarla bir araya gəlsə… 15 dəqiqəyə məsələni yoluna qoyar”.

Ancaq onu da əlavə edib ki, “bilirəm ki, bu, onun edəcəyi iş deyil”.

Tramp əlavə edib ki, tezliklə bu böhranı, eləcə də iki ölkənin ticarət mübahisəsini Si ilə müzakirə edəcək.

Çinin dövlət mediası avqustun 16-da bildirib ki, Pekin Honq Konqdakı etirazları yatırtmalı olarsa, Tiananmen Meydanı hadisələri “təkrarlanmayacaq”.

“Honq Konq insidenti 1989-cu ilin 4 iyun siyasi insidentini təkrarlamayacaq”, – qəzet baş məqaləsində yazıb.

O zaman Tiananmen meydanında antihökumət etirazlarına qanlı divantutma indinin özündə də Çində tabu mövzu sayılır.

Honq Konqda son günlər etirazçılarla polis qarşı-qarşıya gəlib, aeroport iki gün işləməyib.

Çinin bir hissəsi olan Honq Konq daha böyük muxtariyyətə malikdir. (azadliq.org)