XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 11:39

Donald Tramp:"ABŞ və Böyük Britaniya böyük ticarət sazişi imzalayacaq"

“ABŞ və Böyük Britaniya ticarət sazişinin imzalanması üzrə irəliləyir”.

“The Telegraph”ın xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, biz Böyük Britaniya ilə fantastik və böyük ticarət sazişi imzalayacağıq. Biz sürətlə irəliləyirik”, – deyə D. Tramp bildirib.

O qeyd edib ki, avqustun 14-də Böyük Britaniyanın Baş naziri Boris Consonla danışıb: “O və mən çox sıx bağlıyıq”.

D.Tramp Böyük Britaniyanın ABŞ-ın yaxın müttəfiqi olduğunu vurğulayıb: “Yaxın müttəfiqimiz haqda danışmaq istəmirəm, çünki bu, digərlərində paxıllıq hissi doğura bilər. Lakin sözsüz ki, Böyük Britaniya bizim yaxın müttəfiqlərimizdən biridir”. (APA)