XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 14:12

ABŞ-da universitet yaxınlığında atışma –2 nəfər ölüb

Ötən gecə Alabama ştatının Montqomeri şəhərində, Alabama Dövlət Universiteti yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

“New York Post” xəbər verir ki, universitetin rəhbəri Kuinton Rosshadisənin işgüzar kampusda baş verdiyini bildirib.

Səhər tezdən hadisə yerinə gələn polis ölümcül yaralanan bir şəxslə rastlaşıb. Başqa birisi xəstəxanaya çatdırılandan sonra keçinib.

Polisdən verilən məlumata görə, daha 2 nəfər ciddi, 1 nəfər isə yüngül xəsarət alıb.

Universitet rəhbərliyinin nümayəndələri şəhər polisi ilə birgə hadisəyə dair araşdırma aparır. (Report)