XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 16:31

KİV:"Gürcüstanın sabiq hökumət başçısı daxili işlər naziri təyin olunacaq"

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili keçmiş baş nazir İrakli Qaribaşvilini siyasətə qaytarır.

Bu barədə Gürcüstanın “Pirveli Tv” kanalı bu gün məlumat yayıb.

Məlumata əsasən, hazırkı daxili işlər naziri Giorgi Qaxaria baş nazir, onun yerinə isə İ.Qaribaşvili təyin olunacaq.

Hökumətdə kadr dəyişikliklərinin iki həftə sonra baş verəcəyi bildirilib.

Qonşu ölkənin hazırkı baş naziri Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı gözlənilir.

Qeyd edək ki, İ.Qaribaşvili 2012-ci ildə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb. 2013-2015-ci illərdə o, baş nazir olub. 2019-cu ilin martında İrakli Qaribaşvili Gürcü Arzusu Partiyasının siyasi katibi təyin olunub. (Report)