Türkiyənin Gömrük və Ticarət naziri Bülənt Tüfəngçi ölkəsinin İran ilə ticarət və iqtisadi əlaqələri genişləndirmək niyyətində olduğunu bildirib.
Strateq.az İRNA-ya istinadən bildirir ki, Bülənt Tüfəngçi çərşənbə günü nüvə anlaşması ilə bağlı sanksiyaların götürülməsini müsbət qiymətləndirib.
O bildirib ki, Türkiyə yaranmış fürsətdən istifadə edərək, İran ilə ticarət əlaqələrini genişləndirmək istəyir.
Tüfəngçi Tehranı Ankaranın strateji və yaxın müttəfiqi və şəriki adlandırıb: “Türkiyə İran ilə gömrük məntəqələrində yenidənqurma işləri həyata keçirmək istəyir”.
Tüfəngçi bundan öncə də İran və Türkiyə arasında yeni gömrük məntəqələrinin təsis edilməsi ilə bağlı danışıqların aparılmasından xəbər vermişdi.