XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2016 - 19:04

Xamneyi: [color=red]“Nüvə anlaşmasını ABŞ-ın “lütfü” adlandırmaq insafsızlıqdır”

xamneyi.jpg

“Qərblə aparılan nüvə danışıqlarında İranın bütün istəkləri gerçəkləşmədi. Amma rəsmilər bu məsələdə həqiqətən, böyük zəhmət çəkdilər”.

Strateq.az bidirir ki, bu sözləri İranın ali dini lideri Xamneyi Qərblə aparılan nüvə danışıqlarının nəticələrini və bununla bağlı ölkə üzərindən sanksiyaların götürülməsini şərh edərkən deyib.

Xamneyinin sözlərinə görə, nüvə nailiyyəti iranlı alimlərin yorulmaz səyləri sayəsində formalaşıb. Buna görə də, bəzilərinin bu uğuru "ABŞ-ın lütfü" kimi qələmə verməsi insafsızlıqdır.

Xamneyi daha sonra ABŞ-ın Yaxın Şərqdə apardığı siyasəti tənqid edib.

“Hazırda regionda cərəyan edən hadisələr, ABŞ-ın yeni Yaxın Şərqin formalaşdırılması üzrə məqsədini hələ bir neçə il öncədən ortaya çıxardıb. Onların yeni Yaxın Şərqi əslində "müharibə, terrorizm, təəssübkeşkik və etnik-məzhəbi toqquşmalarla dolu olan bir “Yaxın Şərq"dir”,- deyə ali dini lider vurğulayıb.