XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 17:12

İsrail ABŞ millət vəkilini ölkəyə buraxacaq –Qərar dəyişdi

İsrailin Daxili İşlər Nazirliyi ABŞ millət vəkilini humanitar əsaslarla İordan çayının Qərb sahilinə buraxacağını bildirib.

Nümayəndələr Palatasının üzvü Raşida Tlaib avqustun 15-də məktub yazaraq İsrailə daxil olmağa icazə istəmişdi.

O, Daxili İşlər Nazirliyinə məktubunda yazıb ki, “qohumlarını, özəlliklə də 90 yaşlı nənəsini” görmək istəyir və bu, “onun nənəsini görməyə son fürsəti ola bilər”.

Bundan öncə Baş nazir Benyamin Netanyahu deyib ki, İsrail “tənqidlərə açıqdır”, ancaq ona qarşı boykotu təbliğ edənlərdən yox.

Tlaib və Omar Fələstin təşkilatının turu çərçivəsində Yerusəlim və Qərb sahilə baş çəkməyi planlaşdırırdı. Onların İsrail rəsmiləri ilə görüş planlaşdırdığı bəlli deyil. (azadliq.org)