İsveçin Estersund şəhər məhkəməsinin qərarı ilə avqustun 14-də terror aktı törətməyə cəhd etməkdə şübhəli bilinən şəxs həbs olunub.
İsveç Təhlükəsizlik Polisi hazırda istintaq aparır. Şübhəli şəxsin 2017-ci ildə Stokholmda terror aktı törədən Özbəkistan vətəndaşı Rahmat Akilovla əlaqəsi araşdırılır.
Qeyd edək ki, şübhəli şəxs avtomobili yoldan keçənlərin üstünə sürmək istəyərkən qazona çırpıb. Onun avtomobilində şübhəli əşyalar aşkarlanıb. /APA