XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 08:10

Enn Epplbaum: “Rusiya yeni soyuq müharibə istəyir”

Qərb Rusiyanın daha sivil olacağını güman etməklə səhv buraxdı

Картинки по запросу Энн Эпплбаум

The Washington Post və Economist-in jurnalisti, Pulitser mükafatı laureatı və Rusiya tarixinə aid kitabların müəllifi Enn Epplbaum İsveçrə nəşri Tagesanzeiger-ə müsahibəsində Ukray
nadakı münaqişə barədə öz baxışı, Rusiya prezidenti Putinin başlıca məqsədi və Qərbin Rusiyaya münasibətdə səhvləri barədə danışıb. Maraqlıdır ki, müsahibə hələ Nemtsovun qətlinə qədər baş tutub, lakin Epplbaum hər halda az sonra öz Tvitter səhifəsində bu hadisəni şərh edib: “Güman etmək olar ki, Nemtsovun ölümü barədə dövlət KİV-nin yaydığı cəfəng versiyalar Putinin oyunlarının tərkib hissəsidir: mən o qədər qüdrətliyəm ki, hamıya ağ yalan danışa bilərəm”.

Epplbaumun fikrincə, Ukraynadakı münaqişədə Putinin aydın hədəfi var: “Putinin necə hərəkət etməsi ondan xəbər verir ki, onun uzun zaman müddəti üçün olduqca aydın strategiyası var. Strategiya Ukraynanı Rusiyanın nüfuz dairəsinə qatmaqdan və AB və NATO kimi Qərb qurumlarını delegitimləşdirmədən ibarətdir. Lakin o hazırda Ukraynada vəziyyətin destabilizasiyaı ilə məşğuldur. İndi onun ən başlıca məqsədi bundan sonra da hakimiyyətdə qalmaqdır. Hakimiyyətdə qalmaq üçün dərhal iki iş görməsi lazımdır: bir tərəfdən göstərməlidir ki, Ukraynadakı inqilab səhv idi. Bunu ona görə edir ki, rusiyalılar öz ölkələrində demokratik inqilab barədə düşünməsinlər. Digər tərəfdən isə artıq Avropanın özünü səhv qismində göstərməyə cəhd edir və təlqin edir ki, Avropa demokratiyası gerçəkdə əsil demokratiya deyil. O bunun üçün Avropadakı sağ və sol ekstremist qüvvələrə dəstək verir və infiormasiya müharibəsi aparır”.

Onun sözlərinə görə, “Putin həmçinin NATO-nu “kağız pələng” kimi göstərməyə maraqlıdır”.

Tarixçi qeyd edir: “Qərb Rusiya ilə özünü daha yaxşı apararsa və onu Qərb təşkilatlarına dəvət edərsə, Rusiyanın daha sivil olacağını güman etməklə səhv buraxdı. Tam əksi oldu: son 15 ildə Rusiyada əks-inqilab kimi bir şey baş verdi və hazırda ölkəni keçmiş DTK əməkdaşları dəstəsi idarə edir. Amerika və Avropanın bütün siyasətçilərinin səhvi bundaydı ki, bunu əvvəlcə sezmədilər. Obama və onun Avropadakı həmkarları hər bir addımla yarımil yubandılar: Krım böhranından sonra gözləmə mövqeyi əvəzinə onların dərhal sanksiyalar tətbiq etməsi və Baltikyanına öz qoşunlarını göndərməsi lazım idi”.

Epplbaum həmçinin ABŞ rəhbərliyini sadəlövhlükdə ittiham edib: “1991-ci ildən bəri elə bir Amerika prezidenti olmayıb ki, Rusiyaya hərbi təhlükə kimi yanaşsın. Bu, sadəlövhlük idi. Əlbəttə, Qərbdə heç kim soyuq müharibə istəmir, lakin Rusiya bunu istəyir. Belə ki Rusiya açıq şəkildə ABŞ-ı öz düşməni adlandırır, televiziyada nüvə silahını nümayiş etdirir, Rusiyanın bomba yüklü təyyarələri isə Böyük Britaniyanın üzərindən uçur və İsveçin hava məkanını pozur”.

Epplbaumun fikrincə, Avropa İttifaqının xarici siyasəti də o qədər kəsərli deyil: “Əvvəllər Avropanın xarici siyasətini dörd dövlət müəyyən edirdi: Almaniya, Fransa, Böyük Britaniya və ola bilsin, İtaliya. Onlar sonradan bu hüququ Avropa Birliyinə ötürdülər, lakin bu işləmədi. O cümlədən, həm də ona görə heç nə alımadı ki, Avropa Birliyinin xarici siyasət üzrə ali təmsilçisi vəzifəsinə Ketrin Eşton kim zəif simaları qoydular. Bunun nəticəsində Almaniyadan başqa Avropanın heç bir dövləti bu oyunda iştirak etmir. Britaniyalıların başları özlərinə lap çox qarışdığından, Fransanın isə prezidenti zəif olduğundan Putinlə danışıqları əsasən almanlar aparmağa başladı. Lakin onlar öz mövqelərini möhkəmlətməkdən ötrü, demək olar ki, heç nə etmirlər”.

Ekspertin izah etdiyi kimi, “Almaniya iqtisadi planda çox güclü dövlətdir, lakin strateji və ya hərbi planda yox. Böyük hesabla, Almaniyanın öz ordusu yoxdur: Bundesverin təlimlərində avtomat əvəzinə süpürgədən istifadə edirlər, təyyarələri isə uçmur. Buna görə də Merkel Putinlə danışıqlar apararkən arxasında heç nə durmur. Axı o, AB və ya NATO adından deyil, yalnız Almaniyanın adından danışır. Nəticədə Merkel elə bir şey deyə bilmir ki, Putin qorxsun”.

Epplbaum əlavə edir: “Qərbin son iyirmi illik siyasəti nəzərdən keçirilsə, onda görünəcək ki, NATO-nun Şərqə genişlənməsi Qərbin yeganə uğuru olub. O, Avropa Birliyi ilə birgə genişlənməklə sabitlik və rifah zonası yaratmağa gətirb çıxardıb. Bu olmasaydı, Şərqi Avropada xaos və putç hökm sürərdi”.

Mənbə: İnopressa