XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2016 - 22:32

Ekvador prezidenti: [color=red]”Neftin ucuzlaşması geosiyasi alətdir”

ekvador-1.jpg

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi müəyyən ölkələrin iqtisadiyyatlarına qarşı yönələn geosiyasi alətdir.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu Ekvador prezidenti Rafael Korrea bəyan edib.

O, bir neçə dəfə OPEC təşkilatına hasılatın azaldılmasına dair təkliflə müraciət etdiyini, lakin təşəbbüsünün rədd edildiyini bildirib.

“Mən artıq təkid etməkdən yorulmuşam. Qoy OPEC bildiyini etsin. Lakin neft hasilatının cüzi azaldılması qiymətləri xeyli artıra bilərdi. Niyə bu, edilmir? Mən artıq qətiyyətlə əminəm ki, neftin ucuzlaşması müəyyən ölkələrə qarşı yönələn geosiyasi alətdir”, – deyə R.Korrea bildirib.