XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2019 - 20:42

İmran Xanla Tramp arasında telefon danışığı olub- Kəşmirdəki vəziyyəti müzakirə ediblər

Pakistan baş naziri İmran Xan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Pakistan baş nazirinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

“İmran Xan Donald Trampla Kəşmirdəki vəziyyəti müzakirə edib”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu gün BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qapalı iclası keçiriləcək.

Xatırladaq ki, ötən həftə Hindistan hökuməti Konstitusiyasında Cəmmu və Kəşmirin muxtariyyəti ilə bağlı 370-ci maddəni ləvğ edib.