XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 21:12

Gürcüstanın turizm gəlirləri xeyli azalıb- Hesabat

Gürcüstanın turizmdən gəlirləri iyul ayında xeyli azalıb.

Bu barədə Gürcüstan Milli Bankının illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan turizmdən 1 milyard 830,7 milyon dollar qazanc əldə edib. Ən çox gəlir 374,7 milyon dollarla iyul ayında olub. Bununla belə bu göstərici illik müqayisədə 57,8 milyon dollar və ya 13,3 faiz azdır.

Gürcüstanın turizmdən ən az gəliri yanvar ayında qeydə alınıb. Yanvar ayında qonşu ölkə turizmdən 164,5 milyon dollar əldə edib. Lakin bəzi analitiklər və siyasətçilər turizmdən gəlirlərin daha çox azaldığını iddia edirlər.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze hesab edir ki, turizmdən gələn gəlirlərin miqdarı 10 dəfədən çox azalıb. İndiki hakimiyyət bu itkiləri az göstərməklə ictimaiyyəti aldadır.

İqtisadçı ekspertlər də hökuməti iqtisadi göstəriciləri süni olaraq artırmaqda günahlandırırlar(azərtac).