XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Avqust 2019 - 23:01

ABŞ-ın müsəlman millət vəkili İsrailə səfərdən imtina edir –Bəyanat

ABŞ millət vəkili İsrail hökuməti ona humanitar zəmində Qərb sahilindəki qohumlarına baş çəkmək icazəsi verdikdən sonra bu səfərdən imtina edib.

Bundan əvvəl İsrail Raşida Tlaib və Demokratik Partiyadan olan başqa bir millət vəkilinin Yerusəlimə və Qərb sahilinə səfər etməsinə icazə verməmişdi.

Səbəb kimi ABŞ Konqresi üzvlərinin beynəlxalq boykot hərəkatını dəstəklədikləri göstərilirdi.

Lakin İsrail daha sonra bildirmişdi ki, xanım Tlaib humanitar mülahizələrlə Qərb sahilindəki qohumlarına baş çəkə bilər.

İsrail Daxili İşlər Nazirliyi Tlaib tərəfindən imzalandığı iddia olunan məktubu dərc etmişdi. Həmin məktubda millət vəkili səfəri zamanı fələstinlilərin boykot hərəkatını təşviq etməyəcəyini vəd edirdi.

Avqustun 16-da açıqladığı rəsmi bəyanatda Tlaib yazıb:

“Nənəmə belə ağır şərtlər altında baş çəkmək icazəsinin verilməsindən istifadə etsəydim bu onun qəlbini qıracaqdı”.

Baş nazir Benyamin Netanyahu demişdi ki, İsrail “tənqidə və tənqidçilərə açıqdır”, lakin bu, ona qarşı boykotu dəstəkləyənlərə aid edilə bilməz. (azadliq.org)