XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2019 - 14:22

Baş Qərargah rəisi:"İran helikopter və təyyarə motorlarının istehsalını həyata keçirəcək"

İran tezliklə helikopter və təyyarə motorlarının istehsalını həyata keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.

O bildirib ki, İran dünyanın qabaqcıl helikopter və təyyarələrinin motorları ilə özünü təmin edəcək.

M. Baqiri deyib ki, bu proses bir necə ehtiyat hissənin istehsalı ilə başlayıb və artıq motor istehsalı texnologiyasının əldə olunması ilə nəticələnib: “Bu addımlar onu göstərir ki, sanksiyalar təzyiq vasitəsi olsa da, Silahlı Qüvvələr onu inkişaf etmək üçün bir imkana çevirib”.