XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2019 - 14:54

İsrailli narkobaronun qaçışında əli olan Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları həbs edilib- FOTO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) avqustun 16-da ekstradisiya zamanı qaçan israilli narkobaron Amos Dov Silveri həbs edib.

Azərtac Xidmətin saytına istinadla xəbər verir ki, israilli narkobaron təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun qaçmasında əli olan UTX-nin üç əməkdaşı da həbs edilib.

İsrailli narkobaronun ölkəsinə ekstradisiyası üçün proses davam etdirilir.

Qeyd edək ki, Amos Dov Silver avqustun 16-da Borispol beynəlxalq hava limanında ekstradisiya edilən zaman qaçmışdı.