Yaxın günlərdə Gürcüstanla ABŞ arasında üçillik hərbi əməkdaşlıq müqaviləsi imzalanacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın hərbi attaşesi Stefani Beqli ilə görüşdən sonra Gürcüstanın müdafiə naziri Levan Ozoria məlumat verib.
“Bir neçə gün sonra üçillik əməkdaşlıq müqaviləsi imzalaya biləcəyik. ABŞ-ın nazirliyimizlə birgə həyata keçirdiyi uğurlu siyasəti sonrakı illərdə polkovnik Stefani Beqli və komandası ilə əsaslı şəkildə davam etdirəcəyik. Bu da, ilk növbədə, bizim müdafiə imkanlarımızı artırır”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Müdafiə Nazirliyində keçirilən görüş çərçivəsində nazir L.İzorianın ABŞ-ın əvvəlki hərbi attaşesi Cefri Hartsmana iki ölkə arasındakı əməkdaşlığın inkişafına və Gürcüstan müdafiə qüvvələrinə verdiyi töhfələrə görə Gürcüstan prezidenti adından “Şərəf” medalını təqdim edib.