XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

17 Avqust 2019 - 17:11

“Əl Cəzirə”:"Yəməndə separatçılar tutduqları obyektləri hökumətə təhvil veriblər"

Yəməndə Cənub Keçici Şurasını separatçıları bir neçə gündür davam edən döyüşlər zamanı tutduqları obyektləri hökumətə təhvil veriblər.

Azərtac Əl Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, onlar avqustun 8-dən 11-dək küçə döyüşlərində ələ keçirdikləri dövlət binalarını Prezidentin tərəfdarlarına geri qaytarıblar.

Cənublu separatçı qüvvələrinin hökumət iqamətgahını, Mərkəzi bankın binasını və şəhər hospitalını boşaltdıqları bildirilir. Bundan iki gün əvvəl isə onlar “Əl Maaşiq” prezident sarayını da geri qaytarıblar. Yəmən Prezidenti Abd Rabbo Mansur Hadini dəstəkləyən ərəb koalisiyasının qoşunları cənubluların bu hərəkətini alqışlayıb və böhranı danışıqlar yolu ilə həll etmək barədə onların lideri Aydares əz-Zübeydin təşəbbüsünü bəyənib.

Avqustun 11-də Cənub Keçici Şurasını separatçıları ərəb koalisiyasının ultimatumunu qəbul edərək Ədəndə atəşkəsə razılıq veriblər və Ər-Riyadda keçiriləcək danışıqlarda iştirak edəcəklərini bildiriblər. Ədəndə keçirilən izdihamlı nümayişlərin iştirakçıları cənubluların ölkənin şimalını nəzarətə götürmüş şiə husitlərlə mübarizəyə böyük töhfə verdiklərini nəzərə alaraq, onlarla danışıqlar aparılmasını tələb ediblər. Separatçıların rəsmi nümayəndəsi Nizar Əl Haysam bildirib ki, onlar Prezidentin təyin etdiyi “Al-İslah” islamçı partiyasının üzvlərinin hamısının vəzifələrindən azad edilməsini tələb edəcəklər. Onun sözlərinə görə, Cənub Keçici Şurası ölkənin cənubunun idarə olunması üzrə “qanuni hüquqlarından” vaz keçmək fikrində deyil.