XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2019 - 21:55

Ciddi təhlükəsizlik rejiminin tətbiqi Honkonq aeroportunda uzun növbələr yaradıb- FOTO

Honkonq aeroportunda gücləndirilmiş təhlükəsizlik tədbirləri və yoxlamalar səbəbindən uzun növbələr yaranıb.

Terminala xüsusi buraxılış rejiminin tətbiqi aeroport binasının girişində çoxsaylı insanların toplaşmasına və sərnişinlərin narahatlığına səbəb olub. Sərnişinlərə aeroporta uçuş vaxtına azı üç saat qalmış gəlmək tövsiyə edilir. Aeroport administrasiyası təhlükəsizlik mülahizələrinə əsasən avqustun 14-də axşamdan başlayaraq uçuş və gəliş zallarına girişi ciddi şəkildə məhdudlaşdırıb. Terminala yalnız bileti olan sərnişinlər buraxılır.

Məlumata görə, sosial şəbəkələrdə etiraz aksiyası iştirakçılarını aeroporta gəlməyə səsləyən çağırışlar fonunda şənbə günü təhlükəsizlik tədbirləri və yoxlamalar daha da gücləndirilib.

Ötən həftənin axırında Bankonq aeroportunu kütləvi nümayişlər bürümüşdü. Nümayişçilər əvvəlcə gəliş zalına daxil olmuş, lakin sərnişinlərin qeydiyyatına maneçilik törətməmişdilər. Bazar ertəsi və çərşənbə axşamı günləri isə etirazçıların uçuş zalını blokadaya alması yüzədək reysin ləğvi ilə nəticələnmişdi. Polis onları dağıtmaq üçün gözyaşardıcı qaza və dəyənəklərə əl atmalı olmuşdu(azərtac).