XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2016 - 08:53

18 yaşlı iki erməni qızı Azərbaycana casusluqda ittiham olunaraq [color=red]həbs edilib

 

 

ermeni casus.jpgErmənistanda iki gənc qız  Azərbaycanın xeyrinə casusluqda ittiham olunur.

Strateq.az bildirir ki, ittiham olunanlardan biri Diana Qoroyanın 18 yaşı var. O, bütün  ittihamları  rədd edib.

Qızın vəkili Liana Qasparyan deyib ki, müdafiə etdiyi şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur.

Hadisə baş verən vaxt qızın 17 yaşı olub. İş üzrə ilk məhkəmə yanvarın 25-də İrəvanın Kentron və Nork Maraş rayonlarında olacaq. Prosesin qapalı olacağı gözlənilir.

İş üzrə bir neçə nəfərin adı hallanır. İşin fiqurantlarından olan Rafik Paponyan, onun oğlu Sergey Paponyandır. İddiaya görə, onları Azərbaycan xüsusi xidmət orqanlarının Seyran adlı əməkdaşı Türkiyədə casusluğa cəlb edib. Ermənilər Qarabağdakı separatçı rejimdəki hərbi hissələrdən birində muzdlu olmalı idi.

Diana Qoroyan əmisi qızı Karine Qumaşyan isə guya 2013-cü ildə Tbilisdə casusluğa cəlb olunub. Karinann Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi olan Armanla tanışlığından xəbəri olmasında ittiham edilir. Qız bunun dövlətə xəyanət olduğunu bilərək gizlətdiyi və hüquq-mühafizə orqanlarına xəbər vermədiyi üçün günahkar bilinir.

Rafiq və Karina həbs edilib, Sergey və Diana isə ölkədən çıxmamaq şərti ilə azad ediliblər.